Son Dakika

Zakir Kaya :Bənzərsiz Qəhrəmanlıq – Elyar Vəliyev’in Destanı

 Prof. Dr. Zakir Kaya – Bağımsız Gazeteci, Yazar

Zakir Kaya :Bənzərsiz Qəhrəmanlıq – Elyar Vəliyev’in Destanı


Giriş – Qanla Yazılan Bir Ad
Tarixin hər səhifəsi igidlərin qurbanı, millətin iradəsi və xalqın inamı ilə yazılır. Amma bəzi adlar var ki, təkcə tarix kitablarında deyil, xalqın qəlbində əbədi yaşayır. Vətən Müharibəsi Qəhrəmanı Vəliyev Elyar Arif oğlu bu adlardan biridir. Onun ləqəbi “Canavar” idi – çünki o, qorxmazlığı, çevikliyi və döyüşlərdə göstərdiyi misilsiz qəhrəmanlıqları ilə həm dostunun, həm düşməninin hafızasında silinməz iz buraxdı.


Zakir Kaya :Bənzərsiz Qəhrəmanlıq – Elyar Vəliyev’in Destanı

Uşaqlıqdan Qəhrəmanlığa

1991-ci ildə Qobustanda dünyaya göz açan Elyar, uşaqlıqdan çevikliyi və mərdliyi ilə seçilirdi. Karate və kikboksla məşğul olub, diplomlarla təltif olunmuş, sonradan isə ən böyük məktəbə – vətən uğrunda savaşa adım atdı. Xüsusi Təyinatlı Qüvvələrdə aldığı təlimlərdən sonra artıq o, millətin sipərinə çevrilmişdi.

Zakir Kaya :Bənzərsiz Qəhrəmanlıq – Elyar Vəliyev’in Destanı


Döyüş Meydanında “Canavar”
Onun qəhrəmanlıqları sadəcə hərbi əməliyyatlar deyil, bir xalqın iradəsinin təcəssümü idi:

  • Cəbrayıl istiqamətində düşmən zabitlərini məhv edərək 40 tapança qənimət götürməsi,

  • Füzulidə yaralı yoldaşını güllə yağışı altında xilas etməsi,

  • Qubadlı və Laçın dəhlizində son nəfəsinə qədər döyüşməsi,

bu misilsiz igidliyi tarixə qızıl hərflərlə yazdı.

Onun sözləri – “Övladlarımız üçün, xalqımızın xoşbəxt gələcəyi üçün döyüşə getməliyəm” – sadəcə ailəsinə deyil, bütün millətə verilmiş bir vəsiyyət idi.

Zakir Kaya :Bənzərsiz Qəhrəmanlıq – Elyar Vəliyev’in Destanı


Qəhrəmanın Son Döyüşü
19 oktyabr 2020 – Şuşaya açılan yolda Elyar təkbaşına döyüş meydanında qaldı. Son qumbarasını atıb düşmənin sırasını yararkən snayper gülləsinə tuş gəldi. O, şəhid oldu, amma Laçın dəhlizinə uzanan yol onun qanı ilə açıldı.

Zakir Kaya :Bənzərsiz Qəhrəmanlıq – Elyar Vəliyev’in Destanı


Əbədiyyətə Yazılan Ad
Prezidentin sərəncamı ilə ona “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi. Məktəblərə, küçələrə onun adı verildi, büstü ucaldıldı. Amma ən böyük abidə xalqın qəlbindədir. Çünki Elyar Vəliyev yalnız bir ailənin övladı deyildi – o, bütün millətin övladı oldu.

Zakir Kaya :Bənzərsiz Qəhrəmanlıq – Elyar Vəliyev’in Destanı


Son Söz – Qəhrəmanlıq Təkrarlanmır
Qəhrəmanlıq öyrədilir, amma təkrarlanmır. Hər qəhrəman öz igidliyi ilə tarix yazır. Elyarın qəhrəmanlığı da təkrarolunmazdır. O, göstərdi ki, bir insanın mərdliyi bir millətin gələcəyini dəyişə bilər.

Bənzərsiz qəhrəman Elyar Vəliyev – adın xalqın yaddaşında, izlərin torpağın bağrında, ruhun əbədiyyətin ucalığında yaşayır.

Zakir Kaya :Bənzərsiz Qəhrəmanlıq – Elyar Vəliyev’in Destanı

Belgesel Tanıtımı:
Bu belgesel, Etibar Hasanzadə’nin yazısını seslendirerek belgesel formuna çevirdiğim çalışmamdır 
“Canavar” ləqəbli Vətən Müharibəsi Qəhrəmanı Elyar Vəliyev’in həyatı, döyüş yolu və bənzərsiz igidliyi bu belgeseldə canlanır. Yakında !

Onun uşaqlığından Xüsusi Təyinatlı Qüvvələrə, ön cəbhədən şəhidliyinə qədər keçdiyi yol sadəcə bir insanın deyil, bütün millətin qürur hekayəsidir.

Bu film, qəhrəmanlığın təkrar olunmadığını, hər igidin öz adını qanı ilə tarixə yazdığını bir daha göstərir.

 İzləyin, paylaşın və bu adı yaşadın: Elyar Vəliyev – xalqın əbədi qəhrəmanı.

Etibar Hasanzade


BƏNZƏRSİZ QƏHRƏMANLIQ 

 Ləqəbi “Canavar” Esse 

 Vətən Müharibəsi Qəhrəmanı Vəliyev Elyar Arif oğluna itfah 

 Cəbrayıl istiqamətində qızğın döyüşlər gedirdi. Elyargilin qrupu da həmişəki kimi, öndə idi. Döyüş bitdikdən sonra qənimətlər təhvil verilirdi. Elyar komandirə 40 tapança təhvil verdi. Komandir heyrətlə ona baxırdı, tapança yalnız zabitlərdə olduğuna görə, onun erməni zabitlərini məhv etdiyi aydın idi. Qrupda hər kəs ona böyük rəğbət bəsləyirdi, onun saysız qəhrəmanlıqları vardı, amma bu qəhrəmanlığı təkrarsız idi. Baxmayaraq ki, hər döyüşdən sonra xeyli qənimətlər əldə edirdilər, bu qənimət döyüş əməliyyatlarında bir ilk idi. Döyüşlər zamanı bu qəhrəmanlığın bənzəri olmamışdı. Ümimiyyətlə tarix boyu heç bir qəhrəmanlığın, cəsarətin, hünərin nə təkrarı, nə təqlidi, nə də bənzəri olmayıb. 

Hərb tariximiz igidlərimizin qəhrəmanlıqları ilə zəngindir. Hər qəhrəman öz adını tariximizə bənzərsiz igidlikləri ilə qızıl qərflərlə, al qanları ilə yazıblar və heç bir zaman unudulmurlar. Onlar qəlblərdə əbədi yaşayırlar. Vəliyev Elyar Arif oğlu 1991-ci il oktyabrın 17-də Qobustan rayonunun Sədəfli kəndində anadan olub. Ailənin ilk övladı idi. Uşaqlıqda dostları arasında çevikliyi, cəldliyi, iti davranışı, mərdliyi və qorxmazlığı ilə seçilirdi. 12 yaşından Qobustan şəhərində karate idman məktəbinə məşqlərə gedib, respublika yarışlarında iştirak edib, yüksək uğurlaq qazanıb. 

Azərbaycan Kikboksinq Federasiyası tərəfindən Diplomla təltif olunub. Sədəfli kənd orta məktəbini bitirib və 2009-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidmətdən sonra Xüsusi Təyinatlı Qüvvələrə seçim başlayıb. 2010-cu ildə Elyar XTQ-nin 6 aylıq kursunu müvəffəqiyyətlə bitirib və XTQ-nin tərkibinə daxil olub. “Qafqaz qartalı” təlimini yüksək göstəricilərlə başa vurub. 10 il Xüsusi Təyinatlı Qüvvələrin tərkibində sanitar-kəşfiyyatçı kimi xidmət edib. Peşəkar gizir kimi silahların incələnməsi və sıfırlanmasını gizir Elyar, baş gizir Camal İsmayılov, baş gizir Sübhan Cəbrayılov və gizir Şəhriyar Quliyev həyata keçirirdilər. 

Onlar Xocalı aeraportunun eskiz layihəsi və xəritəsinin 10 gün ərzində gətirilməsini təmin ediblər. 2013-cü ildə Türkanə xanımla ailə qurub. Beş ovlad atasıdır. 2012, 2014-cü illərdə bir neçə ağır döyüş tapşırığında, 2016-cı il Aprel döyüşlərində və 2020-ci il Tovuz döyüşlərində iştirak edib. Elyar sayəsində bu döyüşlərdə bir çox yaralılarımızın həyatı xilas olunub. Aprel döyüşlərində göstərdiyi şücaətlərə görə “Fərqlənmə” medalı ilə təltif olunub. Aprel döyüşlərindən sonra 45 gün ərzində düşməndən qənimət olaraq götürülən silahların incələnməsi üzrə təlimatçı olub. 2020-ci ilin sentyabrınadək dəfələrlə kəşfiyyat əməliyyatlarında iştirak edib. 

 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsinə gedərkən ailəsinə son sözü bu olub: “Övladlarımız üçün, xalqımızın xoşbəxt gələcəyi üçün döyüşə getməliyəm”. 2 Sonuncu dəfə uşaqları ilə vaxt keçirib, onları gəzdirib və şəkillər çəkdirib. Həyat yoldaşına deyib ki, qızımıza təhsil ver. Elyar Füzulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda döyüşüb. Bir neçə dil bilirdi, xüsusilə erməni dilini. Çox sayda yaralılara ilkin tibbi yardım göstərib və dəfələrlə hərbçi yoldaşlarını ölümdən xilas edib. Döyüşün 2-ci günü Füzuli rayonunun ərazisində düşmən pusqusuna düşüblər. Seyidbala adlı döyüş yoldaşları vurulub, hər iki ayağı qırılıbmış.

 Ərazini təcili tərk etmələri barədə göstəriş almalarına baxmayaraq, Elyar onun köməyinə gəlib və görüb ki, odlu silahla vurulub, sümüklər açıq qəlpəlidi. Yoldaşlarına deyib ki, bunu belə çıxarmaq olmaz, belə çıxarsaq şikəst olacaq. Yaxınlıqdakı yoldaşı deyib ki, gülləm qurtarıb, çıxmalıyıq. Elyar ona, mənim silahımı götür deyib. Düşmən tərəfindən başı üstündən güllələr yağdırılmasına baxmayaraq Seyidbalaya ilkin tibbi yardım göstərib və onu ərazidən sağ-salamat çıxarıblar. 

 Elyargilin qrupu Füzuli rayonunun Horadiz kəndi yaxınlığında düşmənin 200-ə yaxın canlı qüvvəsini məhv ediblər. Həmin gecə onların xüsusi şücaəti sayəsində düşmənin 12 tankı və xeyli sayda hərbi sursatı məhv edilib, bir neçə texnikası ələ keçirilib. Cəbrayıl istiqamətindəki döyüşlərdə Elyar düşmənin UAZ markalı lokator rabitə avtomobilini partladaraq biri polkovnik olmaqla 7 yüksək rütbəli zabitini məhv edib. Daha sonra bir "KamAZ" dolu erməni əsgərini məhv ediblər. Elyar erməni polkovnik leytenantı öz qərargahında güllələyib və qərargahı ələ keçirib. 

Təminat maşınının heyətini məhv edərək maşını götürüb, qrup komandirinə təhvil verib ki, bu da şəxsiyyətin təminatı. Növbəti döyüş tapşırıqlarından biri düşmənin silah-sursat anbarını məhv eləmək olub. Elyar, Camal, Sübhan və Şəhriyar silah anbarına arasıkəsilmədən qumbaralar yağdıraraq partladıb, anbarı mühafizə edənləri də məhv eləyiblər. Sonra Elyar dayanmadan ardıcıl olaraq qumbaraları çəkib postun içinə ataraq düşmənlərin xeyli əsgərini məhv edib. Oktyabrın 9-da Elyar, Sübhan, Camal və Şəhriyar Hadrut qəsəbəsi istiqamətində Ermənistan ordusunun diversiya qrupunun pusquya salınmasında müstəsna xidmət göstəriblər. 

 Oktyabrın 18-də hərbiçi olan qaynı ilə rastlaşıb, əşyalarını ona verib və deyib: “Bacına deyərsən ki, ermənilər məndən bir can alıbsa, mən onlardan saysız can almışam”. Həmin gün sonuncu dəfə ailəsi ilə danışıb. Sonuncu döyüşdən əvvəl deyib ki, erməni öldürməyəndə narahat oluram. Gərək erməni öldürəm ki, əlimin gicişməsi dayansın. Oktyabrın 19-da Elyar və 40 nəfərdən ibarət olan qrup Laçın dəhlizinə nəzarəti ələ almaq üçün strateji əhəmiyyətə malik olan mövqelər uğrunda döyüşlərə daxil olublar. Döyüş Şuşadan 14km aralıda, Xocavənddə, Qırmızı bazar istiqamətində olub. Döyüş tapşırığı Laçın dəhlizinə nəzarəti təmin edəcək postu ələ keçirmək idi. Bu döyüşdə 3 Ermənistan tərəfdən 150-200 nəfər hərbi qulluqçu döyüşürdü.

 Döyüşlər əvvəlcə Qubadlı rayonu istiqamətində olan əlverişli mövqelər uğrunda aparılmışdır. Düşmən postunadək irəliləyiblər. 7 saat davam edən döyüşdə son mərmilərinədək döyüşüblər. Düşmənin xeyli sayda canlı qüvvəsi, texnikası məhv edilib. O döyüşdə Camal, Şəhriyar və Sübhan şəhid olublar. Döyüş meydanında tək qalan və döyüş sursatı tükənən Elyar düşmənə 25m qalmış son qumbaranı atıb və düşmən snayperi tərəfindən vurulub. Bu müharibədə Elyarın mənsub olduğu tabor Xüsusi Təyinatlı Qüvvələrin ən çox şəhid verən taborudur. Elyar Vəliyev Qobustanın Sədəfli kənd məzarlığında dəfn olunub. 

 Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elyar Vəliyevə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. 

 Təltifləri: "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı. 26.06.2013. "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı. 

26.06.2018. "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı. 26.06.2020. "Vətən Müharibəsi Qəhrəmanı" medalı (ölümündən sonra).

 09.12.2020. "Vətən uğrunda" medalı (ölümündən sonra).

 15.12.2020. "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra).

 24.12.2020. "Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra).

 24.06.2021. "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra).

 24.06.2021. 2021-ci ildə Qobustan şəhəri 2 nömrəli tam orta məktəbə Elyar Vəliyevin adı verilib. Qobustan rayonunun mərkəzi küçələrindən birinə Elyarın adı verilib.

 Qubustan rayonunda bir sahibkar tərəfindən şirkətin həyətində abidə bulağı tikilib. Heykəltəraş Elxan Zeynalov tərəfindən büstü hazırlanıb. 22.04.2025.


Etibar Hesenzade ye xususi teşekkürlerimi iletiyorum.
 

Prof. Dr. Zakir Kaya – Bağımsız Gazeteci, Yazar

Hiç yorum yok