Esmira Günəş :Günəşə bənzəyən qadın
Günəşə bənzəyən qadın
Gülüşü günəşə bənzəyən qadın,
Hər zaman parılda nurun yayılsın.
Amandı üzülmə, kədərlənmə sən,
Yolunda dayanan bulud dağılsın.
Səndə gözəllik var, səndə həyat var,
Rəbgarəng dünyanın bəzəyi sənsən.
Sən ana, sən bacı, həyat yoldaşı...
Hər kəsin yuvası, ana Vətənsən.
Esmira Günəş
07.03.2025
Post Comment
Hiç yorum yok