Sona Abbasəliqızı : İnsan xain yox, vətəndaş olar

Sona Abbasəliqızı

İnsan xain yox, vətəndaş olar
GÖYÇƏ QƏDİMİ TORPAQLARIMIZDIR
VƏ GÖYÇƏ DEMƏK TÜRK DÜNYASININ AŞIQ ƏLƏSGƏRİ DEMƏKDİR.

Ölkəmizin qazandığı mükəmməl siyasi təcrübə təkcə dünyada deyil, öz içimizdə də müəyyən qısqanclıqlar yaradır. Zənnimizcə, dövlətçiliyimizin möhkəmlənməsi belələrinin işinə yaramır. Əks təqdirdə, onlar Azərbaycanın siyasi, hərbi, iqtisadi gücünə biganə qalmazdılar.
Digər tərəfdən, torpaqlarımızın bütövlüyü uğrunda mübarizəmiz də bu tip insanları əməlli-başlı narahat edir. Onlar dövlətimizin rəhbəri İlham Əliyevin həyata keçirdiyi uğurlu hərbi siyasətə kölgə salmağa çalışır, öz çirkin niyyətlərini məqsədyönlü şəkildə gücləndirirlər.
Bir qism insanlar da hazırkı inkişafımıza qısqanclığını dolayısı yolla ifadə edirlər. Məsələn, birinin marağında siyasi plüralizm, digərinin marağında ictimai əndişə, başqa birinin marağında da torpaqlarımızı başqasının adına çıxmaq mərəzi var. Belələri anlamırlar ki, Azərbaycanın çörəyi onlara nə vaxtsa qənim ola bilər.
Bəllidir ki, Azərbaycanın torpaqları yadeassallilər tərəfindən zaman-zamanX2½ parçalanıb, bizə aid ərazilərdə məmləkətlər salınıb. Uzağa getməyək, bu gün ermənilərin Böyük Ermənistan adlandırdıqları Ermənistan məhz Azərbaycan ərazisində yerləşdirilib. Vaxtilə İrəvan dediyimiz xanlıq düşmən ünsürlərin əli ilə Ermənistan - Yerevan kimi statuslaşdırılıb. Bu xain qüvvələrə xidmət edənlər bu gün də öz düşmənçiliklərini aşkar büruzə verirlər. Biri deyir, Sevan gölü elə bu adla tarixə bəllidir, hansı ki, bizlər ona GÖYCƏ gölü demişik. Digəri də deyir, Göyçə adında mahal olmayıb və s.
Göyçə tarixə və cəmiyyətə böyük töhfələr verib. Bunu görməmək korluq əlamətidir. Onlar əmin olsunlar ki, Göyçədə göynəyən niskilimiz belələrinin varlığını sarsıdacaq. Az qala bütün dünyanın Göyçə adlı mahaldan xəbəri və anlayışı var. Təəssüflər olsun ki, öz içimizdəki düşmənlər bu cür yanaşmalarla kefimizə soğan doğrayır, əslində, öz düşmən surətlərini göstərirlər.
Bu təşəbbüsdən çıxış edənlərdə nə milli dövlət quruculuğu işinə, nə vətəndaşlıq duyğusuna, nə xalqa, nə dövlətə, nə də vətənə sevgi hissi olmaz və yoxdur.
Qəti olaraq bildiririk ki, Azərbaycan heç vaxt ağır məhrumiyyətlərə boyun əyməyib və bundan sonra da bu, mümkün olmayacaq.
Çox şükür, biz Qalib Ölkənin vətəndaşlarıyıq və inşallah, bir gün də Göyçədəki həsrətimizə son qoyacaq, oranın həyat tərzini bir daha bütün dünyaya göstərəcəyik.

Hiç yorum yok