Sona Abbasəliqızı:Ardanış Kənd İcması bayram tədbiri keçirtdi
Ardanış Kənd İcması bayram tədbiri keçirtdi
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında demək olar ki, xalq olaraq hər birimiz üzərimizə düşən işi görür, daha parlaq sabahlarımız naminə dövlətimizin ətrafında sıx birləşirik. Qərbi Azərbaycan ictimaiyyətinin də bu istiqamətdə müəyyən rolu var. Xüsusən də yeni yaranmış və qısa müddətdə faəliyyətini səmərəli işlərlə təcəssüm etdirən Ardanış Kənd İcması dövlətçilik işinin prioritetlərini müəyyən etmək üçün ciddi-cəhdlə çalışır, keçirdiyi tədbirlər, səsləndirdiyi səmərəverici təkliflər, atdığı uğurlu addımlarla bu prosesə sürət verir. Demək olar ki, artıq adıçəkilən icma cəmiyyətdə də ehtiramla qarşılanır.
Məlumat üçün bildirim ki, Ardanış Kənd İcması bugünlərdə bayram tədbiri keçirtdi. Əvvəlcə Dövlətimizin Himni səsləndirildi. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra tədbir start götürdü. Özündə xüsusi coşqu ehtiva edən bu tədbir digərlərindən fərqləndi, iştirakçıların hamısı bayram əhval-ruhiyyəsi ilə diqqət çəkdilər.
120 nəfərin, millət vəkilləri Əziz Ələkbərlinin, Məlahət İbrahimovanın və başqalarının, həmçinin ictimaiyyət nümayəndələrinin və qonaqların iştirak etdikləri bu tədbirdə zəruri məsələlər, vacib nüanslar diqqətlərə çatdırıldı, Ardanış Kənd İcmasının qarşıdakı fəaliyyət proqramları barədə, eləcə də görüləcək digər işlərlə bağlı müəyyən fikirlər səsləndirildi, müzakirələr aparıldı.
Ardanış Kənd İcmasının “Şahənşah” şadlıq sarayında keçirilən bayram tədbiri müqəddəs Ramazan ayının orucluq vaxtına təsadüf etdiyindən, çıxış edənlər həm də bu xeyirli ayın fəzilətindən, tutulan orucların əhəmiyyətindən bəhs etdilər, iftar süfrəsinin bütün maddi yükünü üzərinə götürmüş xeyirxah iş adamının cəmiyyətə verdiyi faydalardan danışdılar, ona Allahdan can sağlığı arzuladılar.
Tədbirə həmçinin, Qərbi Azərbaycanın çox sayda ziyalıları, istedadlı gənclər, hətta yaşlı nəslin nümayəndələri də dəvət olunmuşdular. Onlar da icmanın səsləndirdiyi təklif və dinləmələrə münasibət bildirir, özlərinin uyğun və düşündürücü fikirlərini də əlavə edirdilər.
Tədbirin bədii hissəsi maraqlı keçdi. Saz havaları, qara zurnadan havalanan el musiqiləri və rəqslər iştirakçılara əlavə ruh verdi, hamıda böyük coşqu yarandı.
Ardanış Kənd İcması, tədbirdə çıxış edənlər daim onlara dəstək olduğu üçün “Şahənşah” şadlıq sarayının rəhbərliyinə, təşkilatçılara, Ardanış kəndinin xeyirxah, xeyriyyəçi oğullarına minnətdarlıqlarını bildirdilər, vurğuladılar ki, hazırkı işlərin həyata keçirilməsi üçün belə insanlara zəruri ehtiyacları var.
Ardanış Kənd İcması Qadınlar şurasının üzvləri də öz qarşılarına qoyduqları məqsədə çatmaq üçün İcmanın bütün tələb və tapşırıqlarına vaxtında, dürüst riayət edəcəklərindən söz verdilər və onlarda hər kəsə bahar ovqatı arzuladılar. Xüsusi olaraq qadınlar şurasının sədrinin söylədiklərinidən "biz daim öz işimizi Vətən məhəbbəti ilə süsləməliyik, qarşıdakı prioritet məsəslələrin həllində həmişə ayıq və sayıq olmalıyıq"
İcmanın Gənclər şurasının sədri çıxışında gənc nəslin vətənpərvərlik məsəslələrinə toxundu, qarşıdakı illərdə cəmiiyət işində gənclərin vacib rolunu və gənclərin dövlətçilik işindəki əzmini xüsusi qabartdı.
Qərbi Azərbaycan İcmasının sədri dr.Professor, cərrah-həkim Mamed Kərimov çıxışında hər kəsə təşəkkürünü bildirdi, İcmanın gördüyü və gələcək illərdə görəcəyi işlərdən danışdı, eləcə də dövlətimizin rəhbəri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi uğurlarından bəhs etdi, ona Azərbaycanın haqq səsinin dünyaya daha kəskin şəkildə çatdırılması istiqamətində uğurlar arzuladı, əminliklə bildirdi ki, bütün bu işlərdə biz həmişə cənab Prezidentin ətrafında sıx birləşəcəyik.
Tədbirdə çıxış edən rəsmi şəxslər də İcma sədrinin dediklərini dəstəklədilər, Azərbaycançılıq, dövlətçilik yolunda həmişə İlham Əliyevin yanında olacaqlarını inamlı şəkildə ifadə etdilər.
Tədbirin sonunda qədim Göyçənin, Ardanış kəndinin Vətən sevgisini ifadə edən videolar göstərildi, Prezidentin Qərbi Azərbaycanla bağlı çıxışları verildi. Bu zaman zalı sürəkli alqışlar bürüdü, hər kəs ölkə başçısına ehtiramını dərin sevgisi ilə göstərdi.
Tarix bizi mətin xalq tək sınadı,
Məlhəm olduq gör nə qədər yaraya.
İşimiz də alnımız tək açıqdı,
Biz Vətənçün gəlmişik bir araya.
TÜRKÇE TERCÜME
Ardanış Köyü Topluluğu Şahanşah düğün sarayında bayram etkinliği yaptı
Geceden bazı kareler
Sona Abbasəliqızı
Post Comment
Hiç yorum yok