Son Dakika

Sona Abbasəliqızı: Böyüyə daş atmazlar

 


Son illər əsərləri həm ölkəmizdə, həm də dünya ölkələrində maraqla oxunan və təqdir edilən qələm sahiblərindən biri də bildiyimiz kimi, Xalq yazıçısı Çingiz Abdullayevdir.

Çingiz Abdullayev əsasən detektiv romanlar müəllifidir və oxucular tərəfindən sevilir. Onun Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələr bugünkü və gələcək nəsillərin ədəbi baxışlarını parlaq şəkildə cilalayır. Açığı, onun bədii qənaətləri çoxumuzda xoş təəssürat oyadır. Xalq yazıçısının yaradıcılığında səmimiyyət başlıca yer tutur. O, özü də çox səmimidir.
Əlbəttə, bu yazıda Çingiz Abdullayevin romanları barədə fikir demək niyyətimiz yoxdur. Məqsədimiz Azərbaycanı dünyada tanıdan bir qələm sahibi barədə deyilən hədyan, iftira sözlərə münasibət bildirməkdir.
Çingiz Abdullayevin Azərbaycan dilində yaxşı danışa bilməməsi böyük qəbahət deyil. Xalq yazıçısına bu iradı tutanlar bəs nə üçün onun ədəbiyyatımıza verdiyi ədəbi töhfələri əsas götürmürlər? Məgər onlar bilmirlər ki, hazırkı dövrdə Azərbaycan ədəbiyyatını dünyada Çingiz Abdullayev kimi bir-iki qələm sahibi təmsil edir?
Əslində, Çingiz Abdullayevə qarşı hazırlanmış qara piyarın mahiyyətində zənnimcə, başqa nüanslar var. Fizianomiyasında bir həya, səsində daxili həyəcan, yeyin titrəyişlər olan Çingiz Abdullayev görəsən kimlərin yerini dar edir? Necə olur ki, son dərəcə həlim və sadə olan bu görkəmli yazıçıya dünya oxucusu hüsn-rəğbət bəsləyir, özümüzünkülər onu az qala təhqir edirlər? O şəxslər ki, Çingiz Abdullayevə qənim kəsiliblər, onlar hörmətli yazıçımızda olan vətəndaşlıq hissindən xəbərdardırlar?
Əslinə qalsa, heç kim ideal deyil. Gəlin,bir az məntiqli düşünək; aramızda yetişən, dünya arenasına çıxan və ölkəmizə maraq artıran qələm sahibləri artıq alçatmazdırlar və onlara daş atmaq böyüyə daş atmaqdır. Böyüyə isə daş atmazlar.
Sona Abbasəliqızı
Türkiyə:-"Kaya haber"ajansı Azərbaycan təmsilcisi



Haberin Türkçesi:

Sona Abbasaligizi

Bir büyüğe taş atmazlar
Bildiğimiz üzere, eserleri hem ülkemizde hem de dünyada ilgi ile okunan ve takdir edilen yazarlardan biri de Halk Yazarı Çingiz Abdullayev'dir. Çingiz Abdullayev esasen detektif romanların yazarıdır ve okuyucular tarafından çok sevilen biridir. Azerbaycan edebiyatına yaptığı değerli katkılar, bugünkü ve gelecek nesillerin edebi görüşlerini parlak bir şekilde cilalıyor. Açıkçası, sanatsal birikimi çoğumuzda hoş bir izlenim bırakıyor. Halk yazarının yaratıcılığında samimiyet en önemli yeridir. Kendisi çok samimi.
Elbette bu yazımızda Çingiz Abdullayev'in romanları hakkında yorum yapmak niyetinde değiliz. Amacımız Azerbaycan'ı dünyaya tanıtan bir kalem sahibi hakkında atılan iftira ve iftiracı sözleri yorumlamaktır.
Çingiz Abdullayevin Azerbaycan dilini iyi bilmemesi büyük bir skandal değil. Milletin yazarına bu iradeyi tutanlar, onun edebiyatımıza olan edebi katkılarını neden ciddiye almıyorlar? Günümüzde Azerbaycan edebiyatı dünyada Çingiz Abdullayev gibi bir çift kalem sahibi tarafından temsil edildiğini bilmiyorlar mı?
Aslında Çingiz Abdullayev'e karşı hazırlanan kara armudun özünde başka nüanslar da var bence. Fizyomisinde his, sesinde iç heyecan, titreyen Çingiz Abdullayev, acaba kimin yeri daralıyor? Nasıl oluyor da dünya okuyucusu son derece becerikli ve basit olan bu seçkin yazara sempati duyuyor ve bizimkiler neredeyse ona hakaret ediyor? Çingiz Abdullayev tarafından suikasta uğrayanlar, sayın yazarımızın sahip olduğu vatandaşlık duygusunun farkında mı?
Gerçekte kimse ideal değildir. Biraz mantıklı düşünelim; içimizde büyüyen, dünya arenasına çıkan ve ülkemize ilgisi artan kalem sahipleri artık aşağılanmıyor ve onları taşlamak büyüğe taş atmak gibidir. Ve bir büyüğe taş atmazlar.
Sona Abbasaligizi
Türkiye:-"Kaya Haber Ajansı Azərbaycan təmsilcisi''

Hiç yorum yok