Sona İsmayilova : Bu gün sevincdən lalam
İlk nəvəm – yolunu üç il həsrətlə gözlədiyimiz, Allahdan bizə xeyir və dua ilə ərməğan olan Həziyeva Məryəm Rasim qızı – qızımın qız balası, imtahan yolu ilə ADA Məktəbinin Milli Kurikulum proqramının 10-cu sinfinə qəbul olub. Nəticəsi çox ürəkaçandır. Bizim ailəyə, xüsusən də, nənə olaraq mənə bəxtəvərlik, səadət nəsib edən Məryəm balamın təhsilə münasibəti mənə qürur verir. Əminəm ki, o, 9-cu sinfə qədər əlaçı olduğu kimi, bundan sonrakı tədris illərində də əla qiymətlər alacaq, məktəbi müvəffəqqiyyətlə başa vurub gələcəyin qurucularından biri olacaq.
Hər nənəyə Allah ağıllı, istedadlı nəvə qismət etmir. Nəvələrim gözlərimin işığı, başımın tacıdır. Məryəm balamın da uğuru mənim bəxtəvərlik missiyamdır.
Əziz nəvəm, adının müqəddəslik timsalı olan Məryəm balam, səni yüksək nəticə ilə ADA Məktəbinin Milli Kurikulum proqramının 10-cu sinfinə qəbul olmağın münasibətilə ürəkdən təbrik edir, gözəl gələcək, xoşbəxt həyat arzulayır və səni bir şeirlə şərəfləndirirəm. Qəbul et, əziz Məryəmim!
Mübarəkdir uğurun,
Nəticən yüksək, balam.
O qədər sevinmişəm,
Sevincdən səssiz – lalam.
Alqış olsun adına,
Adın müqəddəs addır.
Tənbəllik, laqeydlik
Sənə ögeydir, yaddır.
Mən yaxşı bilirəm ki,
Gözəl gələcəyin var.
Zəhmət sevən adamın
Barı xoşbəxtlik olar.
Bilmirəm səni öpüm,
Yoxsa bağrıma basım.
Ya da bir ulduz kimi
Səni yaxamdan asım.
Mübarəkdir uğurun,
Mənim ağıllı balam.
Gəl öpüm üz-gözündən,
Bu gün sevincdən lalam.
Hörmətlə:
Nənən Sona
Sevgili arkadaşım ... Sona İsmayilova,
Torununun güzel bir liseyi yüksek puanla kazandığını duyduğuma çok sevindim. Bu büyük bir başarı Ailesi ve senin de torununa verdiğin sevgi, destek sayesinde gerçekleşti. Torununu ve seni gönülden kutluyorum. Umarım torunun lisede de başarılı ve mutlu olur. Sizinle gurur duyuyorum.ve torunun yusıf'ınde ad gününü kutluyorum sağlıklı ömürler dilerim Türkiye'den selam dua
Sevgilerimle, Zakir Kaya
Hiç yorum yok