Son Dakika

SONA ABBASƏLİQIZI:22 İYUL METBUAT GÜNÜNÜZ MÜBARƏK OLSUN HÖRMƏTLİ HƏMKARLARIM!

 


🥀🎂🇦🇿🇹🇷🇦🇿
TÜRKİYE.KAYA HABER AJANSI AZERBAYCAN TEMSİLÇİSİ.
Yazıçı-publisist
SONA ABBASƏLİQIZI-ndan
"İrşad "qəzetinin 1908-ci il 3 iyul tarixli sayında istedadlı jurnalist və böyük mütəfəkkir Ömər Faiq Nemanzadə yazırdı:
Hansı məmləkətdə çoxlu nəfli (faydalı),davamlı və nüfuzlu mətbuat varsa,ən mütərəqqi və mədəni məmləkət də orasıdır.Mətbuatı olmayan millətin mövcudiyyəti,istiqbalı qətiyyən yoxdur.Mətbuatı olmayan millətin nə məhəbbəti-vətəniyyəsi,nə qeyrəti-milliyyə və insaniyyəsi və nə də idareyi-məşrutəsi ola bilər...Mətbuat,inqilab,huriyyət, ədalət-bunların cümləsi(hamısı) bir -birinin edadına ( köməyinə) möhtac yoldaşlardır.Bu səbəbdəndir ki,mətbuatsız inqilab,inqilabsız huriyyeti-mətbuat ola bilməz.Bu cəhətlədir ki,mətbuatsız idareyi-məşrutə,idareyi-məşrutəsiz huriyyəti-mətbuat davam edə bilməz..."
M.Ə.Rəsulzadə yazırdı:"İstibdadın üfüqü əhatə edən bağların arasından huriyyət şəfəqi görükdükcə qəzetlər,jurnallar da çoxlaşmağa başlayır.İnqilab buludlarından səpilən huriyyət yağmurları göbələk yağışına misal olaraq bir çox qəzetlərin birdən -birə meydana gəlməsinə səbəb oldu." "Əcaib və qərib fikirlər dövran edir ki,şəhərimizdə nifaq ,ikitirəlik düşəcəkdir,çünki bir yerdə,bir şəhərdə iki qəzet olursa , məmləkətdə iki hökmdarri-mütləq olduğu kimi ikitirəlik və nifaq büruz edəcəkdir."
" Gəlin əcdadlarımızın həqiqi nəvələri olduğumuzu bildirək,yoxsa alçaq həşəratlar bizim evimizi yıxacaqdır,"anlayaq ki,"iş adamı ,dərd babası olmaq hər kəsin hünəri deyil".
Bu sitat "İRŞAD"qəzetindəndir.
HƏZRƏTİ ƏLİ:"İnsanın xoşbəxtliyi elm,təhsil etmək ilədir.""Hər kəs elmə yol açdı,ona ölüm yoxdur","İnsanı bilik nurlandırır" deyib.Bu da Allah hikmətinin təcahürüdür.
Bu xırda hisslərə ona görə vardım ki,qəzet bir güzgüdür.Hər kəsin eybini ona göstərir.Hər kəs bu günkü və gələcək həyatı üçün xarakterik olan amilləri qəzet vasitəsilə öz məsləkində hasil edə bilir.
Maarifçi demokratik tribunası olan "ƏKİNÇİ"həmişə öz səhifələrində geniş müzakirə açaraq köhnə təlim-tərbiyə üsullarını tənqid etmişdir."ƏKİNÇİ"lər məlum olduğu kimi , dünyəvi elmləri faydalı hesab etmişlər.Qəzet özü o ərəfələrdə müəllim kadrları hazırlamaq,dərs kitabları yaratmaq,anadilli məktəblər təsis etmək,nəhayət,xalqı maarifləndirmək kimi mühüm,həlli vacib problemlər qaldırmışdır.
Əsrin yeni meyllərini,yeni əxlaqi və mütərəqqi duyğuları özündə ehtiva edən qəzetin qeyri-leqal mövqedən çıxış etməyə haqqı yoxdur.Qəzetə ona görə güzgü deyilir ki,o,hər dövrün mütərəqqi və mürtəce siyaset yürüdən qüvvələrinin iç üzünü cəmiyyətə göstərə bilir,eybəcər burjua-feodal əxlaqını,mədəniyyətsizliyi satirik,bəzən də siyasi yöndə gülüş hədəfinə çevirir,onların yürütdüyü siyasətin çürük mahiyyətini açır.
Qəzet bütün ömrü boyu fəaliyyəti dövründə Azərbaycan jurnalistikasının inkişaf meyllərini müəyyənləşdirməli,bu sahə barədə zərərli,yanlış fikirlərə qarşı kəskin mübarizə aparmalıdır.Qəzet bir güzgüdür.Hər kəsin eybini ona göstərir.Hər kəs bu günkü və gələcək həyatı üçün xarakterik olan amilləri qəzet vasitəsilə öz məsləkində hasil edə bilər.Ümidvaram ki,mətbuatımızda bir saflıq özünü göstərəcəkdir.
BÜTÜN KİV NÜMAYƏNDƏLƏRİNİ TƏBRİK EDİR,MÜVƏFFƏQİYYƏTLƏR ARZULAYIRAM.
"KAYA HABER"ajansının rəhbəri Zakir Kaya-nı da Azərbaycan təmsilçisi olduğum üçün minnətdarlığımı bildirirəm.Yazılarımız Türkiyə kanallarında mütəmadi işıq üzü görür.Bu bayram gününde yene de Türkiyede hörmetli Zakir Kaya ile görüşlerimiz oldu.
AJB-nin
AYB-nin-üzvü Sona.A.q

Hiç yorum yok