MİLYONÇU AĞA MUSA NAĞIYEVİN OSMANİ ORDENLƏRİ Sona Abbaseligızı
MİLYONÇU AĞA MUSA NAĞIYEVİN OSMANİ ORDENLƏRİ
Sovet dövrü uzun illər ərzində tarixi şəxsiyyətlərimizi istismarçı siniflər kimi
qələmə verilmiş, xalqın yaddaşından silmək istəmiş, onları mənfəəftlərini güdən,
öz məqsədləri naminə hökumətdən islahatlar tələb edən, fəhlə-kəndli təbəqəsinin
düşməni kimi tanıtmışdı. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli
burjuaziyamızın görkəmli nümayəndələrinin həyat və fəaliyyətinin öyrənilməsinə
marağın xeyli artması nəticəsində obyektiv elmi tədqiqatlar aparmaq üçün
əlverişli şərait yaradılmışdır. Belə görkəmli tarixi şəxsiyyətlərdən olan milyonçu
Ağa Musa Nağıyev yaxın dövr tariximizə neft sənayesi, səhiyyə və təhsilin
inkişafında böyük xidmətlər göstərmiş ən iri milyonçu mesenat kimi daxil
olmuşdur. Neft sənayesinin nəhənglərindən sayılan A.M.Nağıyev sahib olduğu 413
milyon qızıl pulu (arxiv 475 saylı fond) və tikdirdiyi 98 binaları ilə Bakı milyonçuları
arasında birinci yerİ tutmuşdu. O, xalqın maariflənməsində, sosial-siyasi cəhətdən
təkmilləşməsində hər zaman öndə addımlayanlardan olmuşdur. A.M.Nağıyevin
fəaliyyəti ətrafında aparılan tədqiqatlar-ölkəmizdə neft, dənizçilik və qida
sənayesində milli kadrların hazırlanması, bank sektorunun, incəsənətin, təhsilin
inkişafı sahəsində gördüyü işləri bir daha təsdiqləyir. Onun İlk Xeyriyyə Cəmiyyəti -
“İsmailiyyə” binası daxil olmaqla tikdirdiyi binalar, Bakıda və Qaraşəhərdə su
kəmərinin çəkilişinə ayırdığı küllü miqdarda pul yardımı və bir çox başqa bu yönlü
xidmətlərini ən önəmli məqamlar kimi vurğulamaq olar. O, yarımçıq qalmış
“Yetimlər Evi”nin tikintisinin başa çatdırılmasına iri məbləğdə ianə verən, insan
sağlamlığına fikir yönəldərək dörd xəstəxana tikdirənlər siyahısında da birincilik
qazanıb.
Tikdirdiyi binalar bu gün də Bakının zahiri görünüşünü bəzəyən tarixi memarlıq
abidələri olmaqla yanaşı, ölkənin bir çox tarixi hadisələrinə şahidlik edərək uzun
illərdir ki, ictimai-siyasi, mədəni-maarif və səhiyyə sahələrində istifadə olunan
önəmli məkanlardır. 1907-ci ildən “Cəmiyyəti Xeyriyyə” təşkilatının sədr müavini,
sonradan sədri olan A.M.Nağıyev xeyriyyəçiliyini hər zaman davam edib. O,20
ildən artıq bir müddətdə Bakı Şəhər Dumasının qlasnısı olmuşdur.
Ağa Musa Nağıyev bu və digər fəaliyyətinə görə 1909-cu ildə III dərəcəli
“Müqəddəs Stanislav” ordeni, 1910-cu ildə isə Çar II Hikolayın boğazdan asılan
“Andreyev Lentalı Qızıl Medal” nişanı ilə təltif olunmuşdur.
28 ildir ki, A.M.Nağıyevin həyatı, sahibkarlıq fəaliyyəti və xeyriyyəçiliyi ətrafında
apardığım tədqiqatlar göstərir ki, onun xeyriyyəçilik fəaliyyəti təkcə Azərbaycanda
məhdudlaşmamış, qonşu dövlətlərə və xalqlara da bəzi maddi yardımlar
göstərmişdir. Atdığı bu addımlara görə o, xarici dövlətlər tərəfindən yüksək
qiymətləndirilərək, Osmani ordenlərilə mükafatlandırılmışdır. Beləki, 1914-cü ildə
Balkan müharibəsi zamanı yetim qalmış uşaqlar üçün Ədirnə şəhərində yaradılmış
“Darül-eytma”- Yetimlər Evinə Bakı milyonçuları Hacı Zeynalabdin Tağıyev və Ağa
Musa Nağıyev -hər biri 5 min rubl ianə etmişdir; 1912 -1913 illərdə Osmanlı
dövlətinin 4 kiçik Balkan ölkəsilə apardığı müharibədə Azərbaycandan göndərilən
yardımların yığılmasına A.M.Nağıyevin rəhəbrlik etdiyi “Cəmiyyəti-Xeyriyyə”
təşkilatının“Osmanlı Qızlay Cəmiyyəti”nə 9 dəfə göstərdiyi yardımın ümumi
məbləği 884.683 quruş təşkil etmişdir; Osmanlı arxiv sənədlərinə əsasən, Rus-
Osmanlı müharibəsi dövründə Ərzurumun dağıdılmış məscidlərindən birində
tapılan müqəddəs Qurani-Kərim kitabını məhz A.M.Nağıyev satın alaraq, qoruyub
saxlamış və daha sonra sultan V Mehmet Rəşada hədiyyə etmişdir. Ağa Musa
Nağıyevin Azərbaycan-Türkiyə əlaqələri tarixindəki rolunu qiymətləndirən sultan V
Mehmet Rəşadın şərəfinə layiq görülərək, III dərəcəli “Məcidi”və II dərəcəli
“Osmani” nişanları ilə təltif etmişdir.
Bu gün tarixçi alim Bilal Dədəyevin bu nadir tapıntılarına əsaslanaraq
A.M.Nağıyevin ayaqüstü fotosunda boğazdan asılan Andreyev Lentalı Qızıl
Medalın altında III dərəcəli Məcidi nişanı, sinənin sağ tərəfində üstdə xaç
şəklində olan III dərəcəli Müqəddəs Stanislav ordenininn altında “ ay-ulduz”
taxmalı 7 guşəli Ocmani ordeni olduğunu qeyd etməyi vacib bilirəm.
Yaxınlarda işıq üzü görəcək yeni, sayca 8-ci “Hər tamaşa isə, bir ömür...” tarixi
kitabımda Ağa Musa Nağıyevin gördüyü başqa xeyriyyə işlərilə də tanış olacaqsız.
Düşünürəm ki, A.M.Nağıyevin Osmanlı dövlət ordenlərinə layiq görülməsi
Azərbaycan-Türkiyə əlaqələri tarixində ən şanlı səhifələrdən biri kimi qalacaq və
bu istiqamətdə aparılacaq başqa yeni tədqiqat işlərinin ortaya çıxarılmasına şərait
yaradacaq.
MİLYONÇU AĞA MUSA NAĞIYEVİN OSMANİ ORDENLƏRİ AYB-nin sədri hörmətli Anar Rzayev "Rəsul Rza" və Səməd Behrəngi" ədəbi mükafatı ilə təltif etmişdir.
Hörmətli məsləkdaşım Damət Salmanoğlunu bizdə "Kaya haber"olaraq ürəkdən təbrik edir və alqışlayırıq.
Uğurlar olsun Damət müəllim.
Hiç yorum yok