Zakir KAYA Türkçe Çevirisi ile Sona ABASALİGIZI Tarihi Romanına Akademisyen Profesör Nadir Mammadli den takdir
Azerbaycan Kaya Haber Ajansı Temsilcimiz Ünlü Yazar Şair ÖYKÜ VE ROMAN da önemli kitaplara imza atan Aynı Zamanda petrol mühendisi olarak da ülkesinde tanınan Sona ABASALİGIZI Sözün Hakanı Adlı Tarihi romanı ile başta Azerbaycan da olmak üzere tüm dünyada kaleminin gücünü his ettirdi. Pek çok medya kuruluşu tarafından haberleri yapılan yazarımızın haklı onuruna başarısına tercüman olup kitabına yazılan ön sözden alıntı yapıp Türkçe diline çevirmeyi uygun gördüm. Başarılı çalışmalarını Türkiye'den selamlıyor devamını temenni ediyorum...
Zakir KAYA Araştırmacı Gazeteci TV Radyo programı yapımcısı Şair ,KNG Yön Kur Başk.
TARİHİN SÖZCÜĞÜ AYNA
gerçekleri sanatsal imgelem süzgecinden süzmek, tarih ile modernite arasında köprü kurmak, geçmişi ve bugünü ayırmamak. Tarihi roman "Sözün Kralı", sanatsal ve tarihsel karakteri, dil zenginliği ve samimi hikayesiyle Sona İsmayilova'nın yaratıcı bir başarısı olarak değerlendirilebilir. Roman, yaşı ne olursa olsun geniş bir okuyucu kitlesine yöneliktir. Bu eserin uzun zamandır değer verilen ve önemli olan Azerbaycan çok sesli romanları arasında örnek olacağına inanıyoruz.
tutacak, hatta her geçen gün artacak.
Nadir Memmedli Filoloji Bilimleri Doktoru, Profesör
Çeviri Zakir KAYA Araştırmacı Gazeteci Yazar
Orijinal Metin
TARİXİN SÖZ AYNASI
Azərbaycanda roman
janrı böyük bir inkişaf yolu keçmiş, müxtəlif dövrlərdə, ictimai-siyasi və
sosial-tarixi şəraitlərdə fərqli formalarda təzahür etmişdir. Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, Ə.Cəfərzadə, F.Kərimzadə
ilə başlanan tarixi roman ənənəsini Y.Oğuz, Əlisa Nicat bu gün də uğurla davam
etdirir. Tarixi roman janrı öz inkişafından qalmamış, yazıçılarımız mövcud
varisliyə sədaqət göstərərək yeni əsərlər yazırlar. Onlardan biri də hekayə,
povest və şeirlə ədəbiyyata gələn və tez bir zamanda yaradıcılığı ilə şöhrət
tapan Sona İsmayılovadır. Nəsrindən görünür ki, onun çox zəngin elmi-tarixi
düşüncəsi, tarixə dərindən bələdliyi, faktlarla işləmək mədəniyyəti, eyni
zamanda, güclü bədii təfəkkürü və təxəyyülü vardır. Qələmə aldığı “Sözün
xaqanı” tarixi-bədii roman klassik şairimiz, ziddiyyətli tale yaşamış Əfzələddin
Xaqaniyə həsr olunmuşdur. Müəllif romanı qələmə alarkən, ilk növbədə, özünü həmin
tarixə aid etmiş, məhz o tarixdə yaşamış, dövrün hadisələrini, adət-ənənələrini,
faktlarını öyrənmiş, qələmə aldıqlarını təhtəlpsixologiyası və yazıçı təxəyyülündə
saf-çürük etmişdir. Elə buna görədir ki, əsər çox uğurlu alınmışdır. Yazıçı
üçün tarixi roman qələmə almaq çox məsuliyyətli bir işdir, belə ki, Sona
xanımın müraciət etdiyi dövr, söz açdığı tarixi şəxsiyyət haqqında geniş mütaliəsi
sayəsində yüksək səviyyədə bilgisi A Sona Abbasəliqızı 4 vardır. Elə ona görədir
ki, romanda Azərbaycan tarixinin qaranlıq səhifələrini və Xaqani dühasını
reallıqlar, bədii təxəyyülü ilə canlandıra bilib. Zamanında V.Q.Belinski
yazırdı: "Tarixi romana uydurma, hər şeydən əvvəl, şəxsi həyatı, ayrı-ayrı
insanların taleyini təsvir etmək yolu ilə daxil olur və tarixlə bağlı hadisələr
tək-tək adamların taleyi ilə qaynayıb-qarışır". Müəllif bu əsəri ilə
qarşısına milli kimliyimizi sevdirmək, təbliğ etmək və həmçinin tariximizin
görkəmli nümayəndələrini olduğu kimi ictimaiyyətə çatdırmaq məqsədi qoyub. Fərqi
yoxdur – istər tarixi reallıqlar, istərsə də yazıçı təxəyyülündən doğan hadisələr,
olaylar, obrazlar.., bütün bunlarla təsvir olunan tarixi dövrün obrazını yarada
bilib. Romanı oxuduqca bir daha aydın olur ki, tariximizi tarixçilərdən daha
çox yazıçılarımızdan öyrənməliyik. Sona xanımın tarixi janra müraciət etməsinin
səbəbi millətin tarixini xalqına çatdırmaq istəyidir, çünki tarix kitabları nə
qədər sxolastik, quru faktlara əsaslansa da, bu faktları canlandıran tarixi-bədii
əsərlər həm yaddaşlarda qalır, həm də maarifləndirici rol oynayır – bu əsərlər
elə tarix kimi də qəbul olunur. O, tək-tək təsadüf edilən detalları dövrün tələblərinə
uyğunlaşdırır, ayrı-ayrı epizodlarla kifayətlənmir, özünün çoxsaylı təfərrüatları
ilə bütövlük faktoru yaradır, sanki bütün bu epizodlar və bəlli təfsilatlar
onun üçün xüsusi əhəmiyyət kəsb edir; yeniliyə can ataraq, yeni ifadə formaları
və təfəkkür tərzi nümayiş etdirir. Sözün xaqanı 5 A.N.Pautnik tarixi romanlar
haqda yazırdı: "Tarixi roman – keçmişi tarixi ardıcıllıqla təsvir etməkdir.
Janrın tələbi tarixi sənədlərə əsaslanmaq, olmuş tarixi hadisələri və şəxsləri
müasir tələblər baxımından əks etdirməkdir". Tarixi roman əsərlərinin
yaranmasında yazıçı təxəyyülünün rolu böyükdür. Xüsusilə qeyd etmək istəyirəm
ki, Xaqani haqqında bilmədiklərimizi Sona xanım romanda tutarlı faktlarla izah
edə bilmiş və belə nəticəyə gəlmişdir ki, tariximiz bitməyib – davam edir.
Dövrün koloritini canlandırsa da, keçmişə öz təxəyyülü ilə yanaşan yazıçı olmuş
faktlara sərbəst yanaşmır, hadisələri dəyişmir. Müəllif romanda xronoloji
ardıcıllığı gözləyir – romanın kompozisiyasının ölçü vahidi insan
bioqrafiyasıdır; təsadüfi deyildir ki, Xaqaninin gənclik yaşlarından ta ölümünə
qədər insan–şair ömrünü tam əhatə edə bilmiş, hətta müəyyən məqamlarda saray
münaqişələrinin daxilinə girməyi bacaran bir üslub sərgiləmişdir. Xaqanini çox
ciddi planda təsvir etsə də, məzmununu tarixi hadisə və şəxsiyyətdən götürsə də,
real və ya macəralarla əhatə edilmiş bir roman qələmə almış, əsərdə yığcam və sərrast
ifadələri ilə zəngin dil koloriti yaratmışdır. Sona xanımın bəlkə də qazandığı ən
böyük uğurlardan biri də məhz tarixi roman janrında qələmini sınamasıdır. Bu bədii
yaradıcılıq yolu – narrativ üslub təkcə tarixi yox, fəlsəfəni, coğrafiyanı da
bilməyi tələb edir. O, romanında dünya modellərinə həm forma və məzmun, diskurs
və semantika parametrlərinə, sərbəstliyinə görə bədii təfəkkürə, estetik idrak
qanunlarına, polifonik səciyyəyə sadiq qalır. Görkəmli yazıçı, tənqidçi-ədəbiyyatşünas
M.Hü- Sona Abbasəliqızı 6 seynin tarixi roman janrı haqqında yazdığı önəmli
fikirləri Sona xanımın yaradıcılığı ilə də səsləşir: "Tarixçi dövrün ümumi
ictimai münasibətlərini əks etdirirsə, yazıçı ən çox dövrün psixologiyasını təşrih
edir. Tarixçi psixoloq deyildir. Lakin sənətkar psixoloq olmalıdır. Bunsuz
tarix elmi yaransa da, tarixi-bədii əsər yarana bilməz. Bir qədər də sadə desək,
tarixçi "nələr olmuşdur?" sualına cavab verirsə, sənətkar "nələr
ola bilərdi və necə ola bilərdi?" suallarına da cavab verir. Yazıçının vəzifəsi
heç də tarixi şəxsiyyətlərin fəaliyyətini başdan-başa izləyib bədii tərcümeyihal
yaratmaqdan ibarət deyildir". Bu məlum həqiqəti dərk edən Sona İsmayılova
tarixi romanında təsvir etdiyi qəhrəmanlarını həm tarixi şəxsiyyət, həm də
insan kimi dolğun təsvir edir, əsas məqsədə çata bilir: tarixi həqiqətlərə sədaqət,
lakin eyni zamanda, bu həqiqətləri bədii təxəyyül süzgəcindən keçirmək, daha
çox tarixlə müasirlik arasında körpü yaratmaq, keçmişlə bugünü bir-birindən
ayırmamaq. “Sözün xaqanı” tarixi romanını bədii-tarixi səciyyəsi, dil zənginliyi
və səmimi təhkiyəsi ilə Sona İsmayılovanın yaradıcılıq uğuru kimi dəyərləndirmək
olar. Yaş məhdudiyyəti nəzərə alınmayaraq roman geniş oxucu kütləsi üçün nəzərdə
tutulub. İnanırıq ki, bu əsər Azərbaycan polifonik romanları sırasında örnək
olacaq, öz dəyər və əhəmiyyətini uzun müddət saxlayacaq, hətta gündən-günə
artıracaq.
Nadir Məmmədli
Filologiya elmləri
doktoru, professor
Hiç yorum yok